Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi görkəmli Azərbaycan şairi, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Dünya bir palitradır, biz də onun rəngləri” adlı yaradıcılıq sərgisi keçirib.
Xətai Sənət Mərkəzində təşkil olunan sərgidə liseyin 5, 6 və 7-ci sinif şagirdləri tərəfindən yağlı boya ilə kətan üzərində iş, pastel sulu boya, taxta üzərində yandırma tikmə kimi texnikalar istifadə edilməklə hazırlanmış 40 rəsm əsəri nümayiş olunub.
Tədbirdə “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov bildirib ki, 2019-cu il daha bir tarixi hadisə ilə əlamətdardır. Bu il həm də xalqımızın elm, təhsil tarixində əvəzsiz xidmətləri olan Bakı Dövlət Universitetinin yubileyi ilidir. Biz də 100 yaşlı universitetin “Gənc istedadlar” liseyi olaraq “Nəsimi ili”nə öz töhfələrimizi şagirdlərimizin əl işləri ilə vermək istədik.
Sonra sərgiyə baxış keçirilib və hər biri 3 nəfər olmaqla 9 şagirdin əl işləri 1, 2 və 3-cü yerlərə layiq görülüb.
Sərgidə liseyin şagirdlərinin təqdimatında Nəsiminin şeir və qəzəlləri səsləndirilib, tamaşalar göstərilib, mahnılar və rəqslər ifa edilib.
Qeyd edək ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilib.
Tehsil-press.az