Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan və Çin: əməkdaşlığın tarixi və perspektivləri” mövzusunda elmi seminar keçirilib. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş seminar ADU-nun Konfutsi İnstitutu və Beynəlxalq əlaqələr kafedrasının birgə təşkilatçılığı ilə reallaşıb.
Seminarda Beynəlxalq əlaqələr kafedrasının müdiri professor Aida Yusifzadə Azərbaycan-Çin münasibətlərinin tarixindən, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan və Çinin rolundan, iki dövlət arasında qarşılıqlı əlaqələrin qlobal və regional aspektlərindən danışıb.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov isə iki ölkə arasında İpək Yolu üzrə əməkdaşlığın strateji xarakterindən söz açıb. O, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, həmin səfər zamanı iki dövlətin liderləri tərəfindən “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalanıb. Məhz bu Bəyannamə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin yaradıb.
Beynəlxalq əlaqələr kafedrasının müəllimləri Aytən Ramazanova və Səbinə Məmmədova “Azərbaycan və Çin arasında 30 illik diplomatik münasibətlərin nəticələri” və “Azərbaycan-Çin iqtisadi əlaqələri” mövzularında məruzə ediblər. Onlar Azərbaycan-Çin iqtisadi əlaqələrinin dinamik inkişafından, Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycan və Pakistanın fəal iştirakından danışıblar.
Seminarda həmin kafedranın professoru Qaley Allahverdiyev universitetdəki Şərqşünaslıq Mərkəzinin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin tədqiqi, altıcildlik “Heydər Əliyev və Şərq” monoqrafiyasının nəşri istiqamətində fəaliyyətindən bəhs edib.
Tehsil-press.az