Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşəbbüsü ilə “Azərbaycan lətifələri” mövzusunda ustad dərsi keçirilib.
Professor və müəllimlərin, tələbələrin, doktorantların iştirak etdikləri tədbirdə kafedranın dosenti Etibar Talıblı və AMEA-nın Folklor İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi, dosent Sönməz Abbaslı mövzu ilə bağlı məruzə ediblər.
Kafedra müdiri, professor Səhər Orucova lətifələrin xalq yaradıcılığının mühüm qolu olduğunu bildirib. O qeyd edib ki, AMEA-nın Folklor İnstitutu ilə birgə təşkil olunan ustad dərsləri xalq yaradıcılığının, o cümlədən lətifələrin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Dosent Etibar Talıblı Azərbaycan epik folklorunda lətifə janrının xüsusi yerini vurğulayıb. Məruzəçi lətifələrin epik təfəkkürün yaradıcılıq məhsulu, eyni zamanda, fəal nitq janrlarından biri olduğunu deyib. Bildirilib ki, funksional-semantik xüsusiyyətlərindəki bu ikilik lətifələrin janr təbiətinə ciddi təsir göstərir. Bunlarla bərabər, cəmiyyət həyatının ən müxtəlif sahələrində baş verən hadisələrə operativ xalq münasibətini ifadə edə bilmək bacarığı lətifələrin çağdaş folklorun ən fəal janrlarından biri olmasını təmin edir.
E.Talıblı Molla Nəsrəddin, Bəhlul Danəndə lətifələri, habelə regional və s. lətifələrdən nümunələr söyləyib.
Dosent S.Abbaslı XIX əsrin sonları və XX əsrin əvvəllərində folklor örnəklərinin toplanması, yazıya alınmasından bəhs edib. Son illərdə folklor örnəklərinin, onun tərkibində isə regional lətifələrin çoxcildliklər şəklində akademik nəşrləri geniş vüsət alıb.
S.Abbaslı regional lətifələrin nəşr tarixindən danışmaqla yanaşı, onların xüsusiyyətlərinə də toxunub.
Tehsil-press.az