Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə AMEA-nın Folklor İnstitutunun, ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Tədbirdə Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov “Azərbaycan folkloru və dövlətçilik şüuru” adlı məruzə ilə çıxış edib. Rəhbərlik etdiyi institutda aparılan tədqiqatlar barədə məlumat verən baş direktor tarixən böyük inkişaf yolu keçmiş zəngin folklorumuzdan, dastanlarımızdan, oğuznamələrdən, folklor qəhrəmanlarımızdan, milli təfəkkürün formalaşmasında folklorun rolundan bəhs edib. Qədim dövlətçilik tariximizin və milli ənənələrimizin müxtəlif formalarda dastanlarda, eposlarda, nağıllarda, rəngarəng obrazlarda öz əksini tapmasından, folklor nümunələrində torpağa, vətənə, ailəyə, qadına, anaya, ataya, uşağa, təbiətə sevgidən danışıb. Azərbaycanın regionlarında folklor nümunələrinin toplanması sahəsində görülən işlər haqqında məlumat verib.
Akademik qeyd edib ki, folklorşünaslıq bütün dünyada xalqların azadlıq mübarizəsinin əks olunduğu xalq yaradıcılığının mühüm bir sahəsi kimi qəbul olunur. Tarixən toplumların əsas məqsədi siyasi müstəqillik ideyasıdır, bu yolda aparılan mübarizədir. Azərbaycan xalqının yaratdığı eposlar, dastanlar bu qəbildən olan nümunələrdir. Xalqımızın yaratdığı folklor nümunələrində dövlətçilik ənənələrimiz, dövlətin və toplumun vahidliyi, xalqın birliyi, ədalətə əsaslanan idarəetmə, dövlətin qorunması və gücləndirilməsi, insanların yaşayışı, milli düşüncəsi, adət-ənənələri, qədim türklərin dünya görüşündə ədalət, din, dövlət, xalq, ordu anlayışı, toplumu birləşdirən amillər, xeyir və şər obrazları öz əksini tapıb.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Qloballaşan dünyada tarixən formalaşmış zəngin milli xüsusiyyətlərimizi, özünəməxsusluğumuzu qorumaqla dünyaya inteqrasiyanın vacibliyi, dövlətçiliyimizin möhkəmləndirilməsində onun rolu və əhəmiyyəti vurğulanıb.
Tehsil-press.az