ADPU TGT Xəmsə Milli İntellektual Oyunu üzrə “Qaydış” kuboku keçirib

ADPU TGT Xəmsə Milli İntellektual Oyunu üzrə “Qaydış” kuboku keçirib Sabunçu Gənclər Evində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Sabunçu Gənclər Evinin və Consensus İntellektual Mərkəzinin dəstəyi ilə Aprel döyüşlərinin altıncı ildönümünə həsr olunmuş Xəmsə Milli İntellektual Oyunu üzrə “Qaydış” kuboku təşkil olunub.
Rəsmi açılış mərasimində çıxış edən BŞGİBİ-nin baş məsləhətçisi Samir Kazımov bu tip oyunların tələbələrin şəxsi intellektual inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli ADPU-da vaxtilə formalaşan intellektual hərəkatın xüsusilə bölgələrdə yerləşən filiallara da nüfuz etməsinin mühüm bir məqam olduğunu bildirmiş və bu qəbildən olan yarışların mütəmadi həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Çıxış edən ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadə İttifaq tərəfindən TGT-lərin bu kimi intellektual istiqamətdə olan bütün fəaliyyətlərinin yüksək qiymətləndirildiyini vurğulamış və ölkəmizdə davam etdirilən uğurlu dövlət gənclər siyasətindən bəhs etmişdir.
Beşi ADPU-nun filiallarını, ikisi isə Pedaqoji Kolleci təmsil edən ümumilikdə 15 komandanın iştirakı ilə baş tutan Xəmsə milli intellektual oyunu üzrə “Qayıdış” kubokunun yekununda ADPU-nun Quba filialını təmsil edən “Assassin’s Creed” komandası birinci, Bakını təmsil edən “ProMath” komandası ikinci, ADPU-nun Şəki filialını təmsil edən “Fearless” komandası isə üçüncü yeri tutmuşdur.
Eyni zamanda oyun ərzində ən çox suala düzgün cavab verərək xüsusilə fərqlənən iki tələbə, Elxan Əskərov və Bikəxanım Qulaməddinova da diplomla təltif olunmuşlar.

Tehsil-press.az


Oxşar xəbərlər