
Turniri giriş sözü ilə açan ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev bu tipdə və miqyasda intellektual yarışların ADPU-nun tələbə təşkilatı tərəfindən təşkilindən məmnunluğunu bildirib,iştirakçı komandalara uğurlar arzu edib.
Yarışmanın ilk mərhələsində "Nə?Harada?Nə zaman? " oyunu üzrə ümumilikdə 18 komanda mübarizə aparıb. Turun nəticələrinə əsasən ilk 8 yeri tutan komandalar "Xəmsə" milli intellektual oyunu mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə bütün komandaları qabaqlayan Bakı təmsilçisilərindən Fizika fakültəsininin tələbələrindən ibarət "Sirius" komandası yarışın qalibi olaraq çoxnövlülüyün kubokuna sahib olub.Cəlilabad filialını təmsil edən "Zəka" komandası II, Şəki filialının təmsilçisi "Anonim" komandası isə III yerin sahibi olub.
Qeyd edək ki, yarışa marağın çoxluğu nəzərə alınaraq növbəti həftə yeni partiyanın təşkili nəzərdə tutulur.
Taleh MİRZƏYEV

