“Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib

“Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə onlayn formatda “Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib.
Yarışda Ağdam, Füzuli, Şuşa, Laçın, Qubadlı, Zəngəzur, Murovdağ, Suqovuşan, Lələtəpə, Hadrut, Xocalı, Kəlbəcər, Xankəndi və Xarıbülbülün adını daşıyan komandalar birinci yer uğrunda mübarizə aparıb. Xəmsə Milli İntellektual Oyununun şərtlərinə uyğun olaraq keçirilən yarışda “Murovdağ” komandası 1-ci, “Lələtəpə” komandası 2-ci, “Suqovuşan” komandası isə 3-cü yerin qalibi olub.
İştirakçılara TGT tərəfindən sertifikat, 1-ci yerin qalibi olan komandaya internet paketi və ilk 3 yerə çıxan komandaların fəal üzvlərinə yazıçı Elbrus Kəlbiyevin imzalı kitabı hədiyyə edilib.
Qeyd edək ki, universitetdə davamlı olaraq təşkil olunan bilik yarışları tələbələrin intellektual səviyyəsinin və dünyagörüşünün artırılmasında, bilik və bacarıqlarının qiymətləndirilməsində və asudə vaxtlarının səmərəli istifadəsində mühüm rol oynayır.

Tehsil-press.az

Oxşar xəbərlər