Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin fonduna rus dilində nəşrlər daxil edilib

Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin fonduna rus dilində nəşrlər daxil edilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzinin fonduna Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu tərəfindən hədiyyə olunan rus dilində nəşrlər daxil edilib.
Yelena Vyaçeslavovna Titovanın “Film istehsalında səs montajı texnologiyası” adlı dərsliyi çoxkanallı səs formatlarında səsin redaktəsi üzərində işləmək məsələlərinə dair sistemli material təqdim edir. Kino sənətinə bağlı ixtisaslar üzrə təhsil alan tələblər üçün nəzərdə tutulmuş bu nəşr, həmçinin fonoqramların montajı ilə məşğul olan hər kəs üçün praktiki bələdçi kimi xidmət edə bilər.
Digər bir kitab Yelena Anatolyevna Rusinovanın “Kinematoqrafiya sahəsində səs” adlı elmi əsəridir. Bu monoqrafiyada səs filmin strukturunda ifadə vasitəsi kimi araşdırılır. Kitab kino nəzəriyyəçiləri və praktikləri, yaradıcılıq və humanitar sahələr üzrə ali təhsil müəssisələrinin tələbələri, kinonun nəzəri və tətbiqi problemləri ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər