Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) elmi şurasının 2019-2020-ci tədris ilində ilk iclası keçirilib.
İclasda ali məktəbin rektoru, professor Ceyran Mahmudova respublikamızda təhsilə dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Vurğulayıb ki, bizə göstərilən etimadı doğrultmalı, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün yorulmadan çalışmalıyıq. Rektor yeni başlayan tədris ilində qarşıda dayanan məqsəd və vəzifələrdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb, universitetin prioritet inkişaf istiqamətləri haqqında məlumat verib. O, sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlini 70 illik yubileyi və Prezident təqaüdünə layiq görülməsi, Vidadi Həsənovu isə Xalq artisti fəxri adı alması münasibətilə təbrik edib.
Tələbələrin uğurlarından söz açan rektor deyib: “İyulun 26-28-də Gədəbəy rayonunda Azərbaycanda ilk dəfə keçirilən Milli Yaylaq Festivalında ADMİU-nun rəssamlıq fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib. Dizayn ixtisası üzrə təhsil alan tələbələrimiz Fidan Cəfərova, Teyyub İskəndərzadə, Günay Rüstəmovanın əsərləri festivalda böyük maraqla qarşılanıb. Açılış mərasiminin sonunda iştirakçılara Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunub. Mədəniyyət Nazirliyinin sentyabrın 11-də “İşğal edilmiş ərazilərdə abidələrimizin vəziyyəti” mövzusunda keçirdiyi seminar çərçivəsində festivalda fəal iştirakı nəzərə alınaraq dizayn ixtisası üzrə 4 kurs tələbəsi Teyyub İskəndərzadənin fərdi sərgisi təşkil olunub”.
Ceyran Mahmudova fərqlənən tələbələri təbrik edərək, onlara sertifikatları təqdim edib. Sonra rektor ADMİU-nun kino və televiziya fakültəsinin operator sənəti ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Əhmədovun S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun təşkil etdiyi 11-ci Beynəlxalq Yay Kino Məktəbinin animasiya seksiyasında iştirakı haqqında məlumat verib. Rektor sözügedən institutla sıx işbirliyindən və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətindən söz açıb. Ceyran Mahmudova Nicat Əhmədova Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun yay məktəbinin sertifikatını və diplomunu təqdim edib.
Tələbə qəbulu üzrə məsul katib Səyavuş Məhişov və sənəd qəbulu üzrə məsul şəxs Nəzirə Əliyeva 2019-2020-ci tədris ili üçün bakalavr və magistr təhsil pillələrinə qəbulun nəticələri barədə məlumat veriblər. Bildirilib ki, bu il ötən illərlə müqayisədə ADMİU-ya qəbul olmaq istəyən abituriyentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Sevindirici haldır ki, universitetə qəbul olunanlar arasında yüksək bal toplayan abituriyentlər üstünlük təşkil edir.
Tədris işləri üzrə prorektor, professor Validə Məmmədova 2018-2019-cu tədris ilinin yekun hesabatı, yeni tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr, eləcə də, yay semestrində tədrisin təşkili və nəticələri barədə məlumat verib.
Elm və yaradıcılıq işləri üzrə prorektor Məryəm Əlizadənin kafedralar üzrə 2019-2020-ci tədris ilinin payız semestrində tədris olunacaq fənn proqramlarının nəşr hüququnun (qrif) alınma vəziyyətinin monitorinqinin nəticələri barədə hesabatı dinlənilib.
Daha sonra 2019-2020-ci tədris ili üçün professor-müəllim heyətinin dərs yükünün təsdiqi, tədris qruplarının komplektləşdirilməsi, 2019-2020-ci tədris ilinin I yarısı üçün universitet elmi şurasının, tədris işləri üzrə, elm və yaradıcılıq işləri üzrə, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektorluqların və aidiyyəti şöbələrin, Kitabxana-informasiya mərkəzinin, universitet elmi-metodiki şurasının, fakültə elmi-metodiki şuralarının, fakültə elmi şuraların iş planlarının, tədris-metodiki işlərin təsdiqi kimi cari məsələlər müzakirə edilib.
ADMİU-nun Mətbuat Xidməti