Aprel şəhidinin anım tədbiri keçirilib

Aprel şəhidinin anım tədbiri keçirilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan fakültə məzunu Mahir Mirzəyevin anım tədbiri keçirilib.
Tədbiri fakültə dekanı dosent Elçin Eyvazov açaraq Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi igidlik və qəhrəmanlıqdan danışıb.
Şəhidin atası Sabir Mirzəyev Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib. Tədbirdə şəhid Mahir Mirzəyev haqqında UNEC tələbələrinin hazırladıqları videoçarx nümayiş edilib.
Şəhidin xatirəsinə çəkilmiş portret bacısı Aygül Mirzəyevaya təqdim olunub.
Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər