Azərbaycan Texniki Universiteti şəhid məzununun xatirəsini anıb

Azərbaycan Texniki Universiteti şəhid məzununun xatirəsini anıb Aprel döyüşləri zamanı şəhid olan Azərbaycan Texniki Universitetinin (AzTU) elektrotexnika və energetika fakültəsinin məzunu Əbdülməcid Axundovun Sumqayıt şəhərində ildönümü qeyd edilib.
Anım tədbirində şəhidin doğmaları və döyüş yoldaşları, bir vaxtlar təhsil aldığı fakültənin tələbələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Universitetin elektrotexnika və energetika fakültəsinin dekanı, professor Mahir Bəşirov tədbir iştirakçılarına Əbdülməcidin tələbəlik illərindən danışıb. Bildirilib ki, Əbdülməcid Axundov ictimai fəallığı, nizam-intizamı və xoş xasiyyəti sayəsində nəinki elektrotexnika və energetika fakültəsinin müəllim və tələbələrinin, digər fakültələrin də sevimlisi olub. Tədbirdə AzTU-da şəhidlərin xatirəsini əbədiləşdirmək üçün görülən işlər, yaradılan muzey haqqında məlumat verilib. Qeyd olunub ki, şəhidin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıq universitetin tələbələrinə örnək olaraq təbliğ edilir.
Daha sonra Əbdülməcid Axundovun təhsil aldığı orta məktəb şagirdlərinin hazırladığı bədii-kompozisiya nümayiş etdirilib və şeirlər səsləndirilib.
Tədbirin sonunda şəhidin anası Ceyran Axundova hər kəsə ailələri adından minnətdarlığını bildirib.

Hüseyn Şərifov

Oxşar xəbərlər