Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə universitetin şəhid məzunu Əzəmi Hüseynovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Böyük akt zalında təşkil olunan tədbirdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, şəhər ictimaiyyəti nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən Müharibəsindən bir il ötdüyünü qeyd edən rektor milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan bütün igid əsgər və zabitlərimizlə qürur duyduğunu bildirib.
Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Əzəmi kimi qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını və böyük ehtiramla anılacağını bildirən rektor əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Xalqımızın qəhrəmanlıq salnaməsini yazaraq müasir gənclik üçün ən parlaq vətənpərvərlik nümunələrini ortaya qoyan şəhidlərimizin adlarının əbədiləşdirilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu deyən rektor MDU-da şəhid məzunların tələbə gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində görülən işlərdən söhbət açıb.
Təhsil aldıqları, gənclik dövrünün ən maraqlı və yaddaqalan anlarını keçirdikləri doğma universitetdə bütün şəhid məzunların əziz xatirələrinin daim yaşayacağını qeyd edən Ş.Bayramov bu məqsədlə universitetdə yeni yaradılan TVİM-in fəaliyyətini xüsusi vurğulayıb.
Əzəmi kimi vətənə, xalqa və dövlətə layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramını bildirən rektor dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə şəhidin ailə üzvlərinə və döyüş yoldaşlarına təşəkkürünü ifadə edib.
Əzəmi Hüseynovun uğrunda şəhid olduğu doğma Qarabağın günü-gündən dirçəldiyini vurğulayan Ş.Bayramov bu gün bütün şəhidlərimizin ruhunun şad olduğuna əminliyini ifadə edib.
Sonra, şəhid Əzəmi Hüseynovun əziz xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Videoçarxda qəhrəman məzunun uşaqlıq illərindən, orta məktəb və universitet xatirələrindən, keçdiyi şərəfli döyüş yollarından bəhs edilib.
Tədbirdə şəhidin anası Sayad Hüseynova və bacısı Elnarə Hüseynova Əzəmi ilə bağlı xatirələrini bölüşüblər, onun uşaqlıqdan Vətənə olan sonsuz sevgisindən danışıblar və ən böyük arzularından birinin Şuşanın azadlığını görmək olduğunu qeyd ediblər. Şəhidin ailə üzvləri Əzəminin və digər bütün qəhrəman övladların məzunu olduqları universitetdə adlarının uca tutulmasından məmnunluqlarını ifadə ediblər.
Əzəmi Hüseynovun tələbəlik illərindən danışan MDU-nun Mühəndislik fakultəsinin dekan əvəzi Almaz Əliyeva, Mexanika kafedrasının müdiri Mahir İsmayılov, Magistratura və doktorantlarla iş şöbəsinin baş mütəxəssisi Vəfa Məhərrəmova onun nizam-intizamlı, vətənpərvər, mərhəmətli və ağıllı bir gənc olduğunu, müəllimlərinə dərin hörmət və ehtiramla yanaşdığını qeyd ediblər, universitetin ən dəyərli məzunlarından biri kimi Əzəmi ilə hər zaman qürur duyduqlarını bildiriblər.
Şəhidin döyüş yoldaşları qazi Cahid Baxşalızadə və qazi Mürsəl Hacıyev Əzəmi ilə tanışlıqlarından, birlikdə iştirak etdikləri döyüşlərdən, onun göstərdiyi fədakarlıq və şücaətdən danışıblar, gənclərin vətənpərvər ruhda yetişdirilməsində böyük önəm kəsb edən belə bir tədbirlərin keçirilməsini təqdirəlayiq hesab ediblər.
Sonra, MDU-nun tələbə gənclərinin ifasında vətənpərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, qəhrəman şəhidlərimizə həsr edilən videoçarxlar nümayiş etdirilib.
Bildirilib ki, MDU-nun şəhid məzunu Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. Ə.Hüseynov 2010-2014-cü illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin oktyabrın 8-də 44 günlük Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ə.Hüseynov dövlət başçımızın müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən, tariximizin faciəvi və şanlı səhifələrinin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlərin keçirilməsi diqqət
mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb. Universitetin şəhid məzunu Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynova hazırda Mərkəzin koordinatoru vəzifəsində çalışır.
Tehsil-press.az