BDU-nun tələbələri şəhid Vüqar Məmmədovun məzarını ziyarət ediblər

BDU-nun tələbələri şəhid Vüqar Məmmədovun məzarını ziyarət ediblər Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri İlahiyyat fakültəsinin məzunu olmuş şəhid Vüqar Məmmədovun məzarını ziyarət ediblər.
Ziyarətdə Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli və fakültə Tələbə Həmkarlar Təşkilatının fəalları iştirak ediblər. Çıxış edənlər şəhidin tələbəlik illərindən və döyüş yolundan danışıblar.
Şəhidin məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.
Aprel döyüşlərində iştirak edən Vüqar Məmmədov Vətən müharibəsində də igidlik nümunəsi göstərib. O, Füzulinin azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Tehsil-press.az

Oxşar xəbərlər