İtaliyalı memar Giancarlo Zema Londonda “eko-üzən strukturlar” üzrə ixtisaslaşan “EcoFloLife” studiyası ilə birlikdə təkrar emal edilmiş ağacdan və enerjiyə qənaət edən 92 kvadratmetrlik üzən ev yaradıb.
“Waternest 100” adlanan layihənin eni cəmi 10 metr, hündürlüyü isə 5 metrdir. Dam örtüyünün ümumi sahəsi 60 kvadratmetr olan ev günəş panelləri ilə örtülüb, günəşli havada isə 4 kilovat elektrik enerjisi istehsal edə bilir.
“Waternest” 100 ev-gəmisi üzmə icazəsi və ya digər mürəkkəb lisenziyalar tələb etmir. EcoFloLife bu tip gəmilər üçün "sakit sular" olan yerləri - çay, göl və körfəzləri seçməyi tövsiyə edir. Ekoloji üzən evin qiyməti təqribən 54 min ABŞ dolları təşkil edir.
Tehsil-press.az