Dəniz “LİDERLƏRİ”: Lenin, Stalin və digərlərinin sualtı mübarizəsi

Dəniz “LİDERLƏRİ”: Lenin, Stalin və digərlərinin sualtı mübarizəsi Krımın Tarxankut burnunda, sahildən yüz metr məsafədə qeyri-adi muzey yerləşir. Bu, Moskva "Muzeona"sının sualtı analoqudur.
Tehsil-press.az xəbər verir ki, 1992-ci ildə dayver Vladimir Borumenskiy 12-15 metr dərinlikdə sovet rəhbərlərinin bürünc heykəldən qeyri-adi muzeyini yaradıb.
Maraqlıdır ki, artıq onda Krımın bütün şəhər və qəsəbələrində heykəlləri sökür, dağıdırdılar. Məhz həmin vaxt burada Leninin, Marksın, Mao Szedunun, Mussolininin, Napoleonun və Voroşılovun büstləri məskən salır.
Bununla yanaşı, bütün Ukraynadan dalğıclar sovet rəhbərlərinin kolleksiyasını əlavə etməyə başladılar.
Bu gün sualtı muzeyində Stalindən və Dzerjinskiyə, Qorkidən Qaqarinədək onlarla eksponat var. Yeraltı "muzey"də həmçinin yazıçıların bütöv bölməsi var. Eləcə də oğlanın əlini sıxan Leninin və digər şəxslərin nadir heykəlləri var.
Bir zamanlar Bakıda dincəlmiş Yesenin də "burdadır". O, sovet "allahları"ndan kənardakı xüsusi zaldadır.

Tehsil-press.az

Oxşar xəbərlər