Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “British Council” təşkilatının Azərbaycandakı ofisinin nümayəndələri ilə görüş olub.
Görüşdə ADNSU-nun rektoru professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Rafiq Camalov, Xarici dillər kafedrasının müdiri dosent Fəridə Hüseynova, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Francis Gardener-Trejo, ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova və imtahanlar üzrə meneceri Nərgiz Əkbərova iştirak ediblər.
ADNSU-da ingilis dilinin tədrisi barədə məlumat verən professor M.Babanlı cari tədris ilindən “British Council” ilə bir çox yeni layihələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Francis Gardener-Trejo ADNSU ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, universitetin “British Council Gold Partner” kimi qəbul olunması məsələsinin müzakirə olunduğunu bildirib.
Görüşdə, həmçinin ADNSU-da tələbə və müəllimlər üçün davamlı İELTS və APTİS imtahanlarının keçirilməsi üçün imtahan mərkəzinin yaradılması kimi məsələlər müzakirə edilib.
Tehsil-press.az