Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tarixində ilk dəfə olaraq Fizika İnstitutu ilə Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun (ETİ) birgə seminarı keçirilib. “Bulk Electronic Structure of InSe and InTe” mövzusunda keçirilmiş seminarda Yaponiyanın Osaka Prefektura Universitetinin magistrantı Ryota Kitano və AMEA Fizika İnstitutunun elmi işçisi, dissertant Elvin Əlizadə çıxış edib.
Məruzələr maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırıb.
Seminarın sonunda BDU-nun rektoru Elçin Babayev çıxış edib. O, BDU və AMEA-nın institutları ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib. Gələcəkdə də birlikdə elmi-təşkilati işlərin aparılacağını vurğulayıb. Gənclərə tövsiyyə olunub ki, bu cür seminarlarda fəal iştirak etsinlər.
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri