Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin və “Leykemiya ilə mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.
ADNSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Ata Babayev çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, tələbələrə tövsiyələrini verib.
İctimai Birliyin sədri Mehriban Bağırova leykemiya ilə mübarizə haqqında danışıb. O, maarifləndirici xarakter daşıyan tədbirlərin mütəmadı olaraq keçirildiyini və eyniadlı xəstəlikdən əziyyət çəkən insanlara dəstək göstərildiyini bildirib.
Tədbirdə mövzu ilə bağlı videotəqdimat edilib.
Tehsil-press.az