ADNSU-da maarifləndirici tədbir təşkil olunub

ADNSU-da maarifləndirici tədbir təşkil olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin prorektoru, dosent Ata Babayev sağlamlığın qorunmasının əhəmiyyətini qeyd edib, gənclərə tövsiyələrini verib.
Tədbirdə “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin reallaşdırdığı tədbirlər barədə ətraflı məlumat verilib. Leykemiya xəstəliyi haqqında videoçarx nümayiş etdirildikdən sonra tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, “Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllülər və donorlar tərəfindən qan xərçənginə düçar olan uşaqlara və onların ailələrinə dəstək məqsədilə qurulmuş qeyri-hökumət təşkilatıdır. Təşkilatın dəstəyi ilə mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri keçirilir və toplanılan vəsait qan xəstəliyindən əziyyət çəkən uşaqlara xərclənir.

Tehsil-press.az

Oxşar xəbərlər