Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorant və dissertantlar ilə növbəti görüş olub.
Görüşdə ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova çıxış edərək gənclərə elmi potensiallarını inkişaf etdirməyin yollarından danışıb.
Cəmiyyətin inkişafında elmin mühüm rolunu vurğulayan professor bildirib ki, elmi-tədqiqat universiteti kimi, ADNSU-nun gələcək uğurları hazırkı doktorant və dissertantlardan çox asılıdır. Odur ki, hər bir gənc elmi fəaliyyətində məsuliyyətli olmalı, nəinki üzərinə düşən işi yüksək səviyyədə icra etməli, həm də özündən sonrakı nəslə tövsiyə verməyi bacarmalıdır.
ADNSU-nun Doktorantura şöbəsinin müdiri dosent Zülfüqar İbrahimli doktorantları yeniliklərlə tanış edib, onlara elmi işlərin hazırlanması, məqalələrin yazılması, araşdırmaların aparılması və digər məsələlər haqqında ətraflı məlumat verib.
Tehsil-press.az