Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov, eləcə də nazirliyin informasiya texnologiyaları üzrə mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbələri ilə görüş keçiriblər.
Görüşün məqsədi nazirlikdə informasiya texnologiyaları sahəsində çalışmaq üçün universitetdən uyğun ixtisaslar üzrə tələbə seçimi olub.
ADNSU-nun tədris işləri üzrə prorektoru dosent Qasım Məmmədov qonaqların universitetdə tələbələrlə görüşü haqqında məlumat verdikdən sonra DİN Baş Kadrlar İdarəsinin rəisi Rafiq Abbasov polis sıralarında xidmət etməyin şərəfli peşə olduğunu qeyd edərək nazirlik olaraq ilk dəfə universitetdə tələbələrlə belə görüşün keçirildiyini bildirib. O bildirib ki, nazirliyin informasiya texnologiyaları üzrə mütəxəssisləri ADNSU tələbələri arasında ən yaxşıların yaxşısını seçdikdən sonra həmin tələbələri qurumda işə dəvət edəcəklər. Uyğun parametrlərə əsasən seçilmiş tələbələr ilkin olaraq qısamüddətli təcrübə keçdikdən sonra nazirlikdə informasiya texnologiyaları üzrə müvafiq istiqamətdə daimi işlə təmin olunacaqlar.
Nazirliyin informasiya texnologiyaları üzrə mütəxəssisləri çıxışlarında DİN-də informasiya sistemləri, kibercinayətkarlıq, kibertəhlükə və onun qarşısının alınması, Big Datadan istifadə qaydaları və digər bu kimi müasir texnoloji vasitələr haqqında tələbələrə geniş məlumat veriblər.
Sonra informasiya texnologiyaları ilə bağlı tələbələrin suallarını cavablandıran mütəxəssislər uyğun sahə üzrə çalışmaq istəyən tələbələrlə seçim mərhələsini nazirlikdə edəcəklərini və bununla da xidmətə qəbulun reallaşacağını bildiriblər.
Tehsil-press.az