Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün insanın immun çatışmazlığı virusuna görə laborator testlər keçirilib, onlara QİÇS-ə qarşı mübarizəyə dair maarifləndirici məlumatlar verilib.
Tədbirin məqsədi müayinə aksiyaları keçirməklə xəstəliyə yoluxanları aşkarlamaq və müayinəyə cəlb etmək, həmçinin əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliğidir.
Qeyd edək ki, tədbir “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində reallaşdırılıb.

ADNSU-nun Mətbuat Xidməti