ADNSU-da YAP ilk təşkilatının hesabat-seçki yığıncağı

ADNSU-da YAP ilk təşkilatının hesabat-seçki yığıncağı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ADNSU üzrə ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Hesabat–seçki yığıncağı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış edib.
Universitet gənclərinin YAP təşkilatının nümayəndəsi Ülvi Rəcəbli son 3 ildə ADNSU-nun YAP ilk təşkilatının gördüyü işlər və fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
Rektor Mustafa Babanlı Yeni Azərbaycan Partiyasına üzv olmağın məsuliyyətindən danışıb və ADNSU-da YAP üzvü olan gənclərin fəaliyyətini yüksək qiymətləndirib. O, gənclərin bundan sonra da fəaliyyət dairələrini genişləndirəcəklərinə ümidvar olduğunu bildirib.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında ADNSU gənclərinin aktiv fəaliyyətindən danışıb və YAP-ın yeni üzvlərini daha fəal olmağa çağırıb.
Tədbirdə YAP Gənclər Birliyinin üzvü Salman Salmanov YAP-da gənclərlə əlaqədar görülən işlərdən söz açıb və yeni üzvlərə tövsiyələrini verib.
Daha sonra hesabat seçki yığıncağının qərar layihəsi oxunub. Həmçinin YAP Gənclər Birliyinin idarə heyəti üzvlərinin adları açıqlanıb.
Sonda ADNSU-nun Yeni Azərbaycan Partiyasına üzv olan 30 nəfərə partiya biletləri təqdim edilib. Daha 15 nəfərin müraciəti isə qəbul olunub.

ADNSU-nun Mətbuat Xidməti





Oxşar xəbərlər