Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018-2019-cu tədris ili üçün “SABAH” qruplarına qəbulla əlaqədar birinci kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “SABAH” qruplarının universitetdə təhsilin keyfiyyətinin daha da yüksəldilməsində, müasir tələblərə cavab verən, bacarıqlı mütəxəssislərin hazırlanmasında mühüm rolunu vurğulayıb.
“SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tələbələrə bu qruplar haqqında geniş məlumat verib, seçim və qəbul prosesi, təqaüd qaydaları və tədris imkanlarından danışıb.
Bildirilib ki, ötən il “SABAH” qruplarının ilk buraxılışında 721 məzun olub.
Ölkəmizin 12 ali təhsil müəssisəsində “SABAH” qruplarının fəaliyyət göstərdiyini deyən Ş.Seyidzadə ADNSU-da ixtisasların sayının artırıldığını da diqqətə çatdırıb.
Sonra suallar cavablandırılıb.

Hikmət Əliyev