Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) minaların təhlükəsi mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun prorektoru dosent Ata Babayev cəmiyyətin inkişafında təhsilin mühüm rolunu vurğulayıb.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək“ İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Böyük Qələbənin əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, erməni işğalçıları Azərbaycan torpaqlarında minalar, partlamamış hərbi sursatlar basdırıblar. Müharibə sona çatsa da, düşmən xislətinə uyğun olaraq basdırdıqları minalar vasitəsilə Azərbaycanın mülki əhalisinə və hərbi qulluqçularına ziyan vurmaq istəyir. Düşmənin hər bir hiyləsinin qarşısı Ordumuz tərəfindən alınıb. O, tədbirin keçirilməsində əsas məqsədin minalara qarşı mübarizə mövzusunda məlumat vermək olduğunu söyləyib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az