“Şuşa İli” çərçivəsində “Vikipediya”nın xarici və Azərbaycan dili bölmələrində sistemli işlər görülür

“Şuşa İli” çərçivəsində “Vikipediya”nın xarici və Azərbaycan dili bölmələrində sistemli işlər görülür “Şuşa İli çərçivəsində “Vikipediya”da 200-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub. “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri, ekspertləri tərəfindən “Şuşa İli” çərçivəsində “Vikipediya”nın xarici və Azərbaycan dili bölmələrində fundamental və sistemli işlər görülür.
Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, məqsəd informasiya məkanında Qarabağımız və Şuşamız haqqında boşluqların aradan qaldırılmasını təmin etmək, eyni zamanda, tarixi memarlıq abidələri, görkəmli şəxsiyyətlərimiz haqqında ətraflı məlumat çatdırmaqdır. Həmçinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Prezidentin müvafiq Sərəncamı çərçivəsində görülən işlərə “Qorqud” Vikipediya Metodik Klubunun könüllü və ekspertlərinin öz töhfəsi olacaq. “Vikipediya” könüllülərimiz “Şuşa İli”nə ciddi hazırlaşıblar. Yaxın aylarda bu işlərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək. Klubun yaradılmasının təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev görülən işlərlə bağlı öz feysbuk hesabında davamlı paylaşımlar edir. Bu proses ilin sonunadək davam edəcək.
“Qeyd edim ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Viki-mən” layihəsinə start verilib. Tərəfdaşlar sırasında “Qorqud” Vikipediya Metodik Klubu da var. Bir aydır ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada təlimlər davam edir”, - deyə Elnur Eltürk bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər