“Qorqud” Vikipediya Metodik Klubunun növbəti təlimləri uğurla yekunlaşıb

“Qorqud” Vikipediya Metodik Klubunun növbəti təlimləri uğurla yekunlaşıb “Qorqud” Vikipediya Metodik Klubunun Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında keçirilən təlimləri yekunlaşıb.
Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, təlimlərə 29 iştirakçı ilə başlanılıb. Təlimlərin ilk günündən iştirakçılar arasında “Vikipediya”ya maraq oyanıb. Gənclər redaktə bacarığını mənimsəyib və 50-dən çox məqalə yaradıblar. Yaradılan məqalələr əsasən milli-mənəvi dəyərlərimiz və şəhidlərimiz haqqındadır. Təlimlər 10 günlük proqram çərçivəsində keçirilib. Həmçinin Bakı Dövlət Universitetinin tarix və jurnalistika fakültələrində vikiklublar yaradılıb. Gənclər koordinasiyalı şəkildə birgə fəaliyyətlərini davam etdirir və gördükləri işlər barədə mütəmadi olaraq hesabatlar verirlər.
Təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun eksperti, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi, təcrübəli “Vikipediya”çı Sübhan Xıdırzadə tərəfindən keçirilib.
Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin Deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb. Təlimlər zamanı və sonra fəal gənclər diplomla təltif olunacaqlar.

Tehsil-press.az




Oxşar xəbərlər