Seçilmiş peşə məktəblərinin rəhbər şəxslərinin Türkiyəyə təlim-təcrübə səfəri davam edir.
Peşə müəssisələrinin rəhbərləri Türkiyəyə təlim-təcrübə səfərinin doqquzuncu günündə Heydərpaşa Peşə və Texniki Anadolu Liseyinə baş çəkiblər. Açılış nitqi ilə çıxış edən müəssisənin direktoru Lütfi Cəvahir tədris olunan əsas istiqamətlər, özəl sektorla əməkdaşlıq və Türkiyədə peşə təhsil sistemi barədə ətraflı məlumat verib.
Müəssisənin himayəçisi hesab edilən Mərmərə Universitetinin rektoru Mustafa Kurt peşə məktəbi ilə universitet arasında mövcud əməkdaşlıqdan söz açıb. Liseydə təşkil olunan infotur çərçivəsində taxta və mebel istehsalı, maska istehsalı, rabitə, proqramlaşdırma, avtomatlaşdırma ixtisaslarının emalatxanaları və tədris otaqları ilə tanışlıq olub.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə məktəblərinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılır, eyni zamanda sahəvi peşə təhsili müəssisələrində fəaliyyətin təşkili təcrübəsindən faydalanırlar.
Təlim-təcrübə səfərinin oktyabrın 17-dək davam etməsi nəzərdə tutulur.
Tehsil-press.az