ADNSU-da “Stresin idarəedilməsi” mövzusunda seminar

ADNSU-da “Stresin idarəedilməsi” mövzusunda seminar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “FOCUS Group” şirkəti tərəfindən “Stresin idarəedilməsi” mövzusunda seminar keçirilib.
Tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova universitetdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Sonra “FOCUS Group” şirkətinin rəhbəri və psixoloqu Ülviyyə Hümmətovanın mövzu üzrə təqdimatı dinlənilib. Ü.Hümmətova stresin simptomlarından və stres yaradan faktorlardan bəhs edib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər