Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Hi-tech üzrə necə mütəxəssis olmaq olar - İsrail təcrübəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı universitetin İsrailin “John Bryce Training” İnformasiya Texnologiyaları Tədris Mərkəzi ilə birgə təşkil edəcəyi kurslar barədə məlumat verib və onun tələbələr üçün əhəmiyyətini diqqətə çatdırıb. Oktyabr ayında başlanacaq 10 aylıq kurslara ilkin mərhələdə 90 nəfər tələbənin qəbulunun planlaşdırıldığını deyən rektor ehtiyac yaranacağı təqdirdə bu sayın artırılacağını söyləyib.
“John Bryce Training” İnformasiya Texnologiyaları Tədris Mərkəzinin təsisçisi, “Extreme Group” sədri Eran Lasser universitetdə təşkil olunacaq kurslar haqqında ətraflı təqdimatla çıxış edib.
Sonra tələbələrin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti