ADNSU-da “İKT karyera trendləri” mövzusunda konfrans keçirilib

ADNSU-da “İKT karyera trendləri” mövzusunda konfrans keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və tədrisi mərkəzinin təşkilatçılığı ilə “İKT karyera trendləri” mövzusunda konfrans keçirilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb. O, Prezident İlham Əliyevin bu sahənin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti və uğurları barədə məlumat verən rektor konfransın əhəmiyyətini diqqətə çatdırıb.
Sonra müasir dövr üçün zəruri olan peşələr, həmin peşələr üzrə karyera imkanları və yeni texnologiya trendləri barədə təqdimatlar dinlənilib.

Hikmət Əliyev

Oxşar xəbərlər