Neft və Sənaye Universitetinin rektoru UFAZ-ın tələbələri ilə görüşüb

Neft və Sənaye Universitetinin rektoru UFAZ-ın tələbələri ilə görüşüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) IV kurs tələbələri ilə görüşüb.
UFAZ-ın icraçı direktoru dosent Vazeh Əsgərov və Təhsil şöbəsinin rəhbəri Lətifə Nəsibovanın da iştirak etdikləri görüşdə professor M.Babanlı məzun olacaq tələbələrin imtahan nəticələri və ümumi imtahan statistikası haqqında danışıb, magistratura pilləsində təhsilini davam etdirəcək tələbələrə tövsiyələrini verib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər