Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr üçün master-klass təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr üçün master-klass təşkil olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün master-klass təşkil olunub.
Əvvəlcə universitetin Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova tədbirin təşkili ilə bağlı fikirlərini bildirib.
Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri Samir Ağayev və Nigar Aslanova “Karyerada ilk addım” mövzusunda, “AzerGold” QSC-nin mütəxəssisi Valid Əliyev “AzerGold QSC-nin fəaliyyəti ilə bağlı tanıtım” mövzusunda tələbələrə master-klass keçiblər.
Mütəxəssislər mövcud əmək bazarı, gənc kadrlara olan tələbatdan, onların gələcək karyeralarını necə qurmalarının önəmindən danışıblar.
Tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər