Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə mayın 8-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.
Qeydiyyat aprelin 29-u saat 18:00-dək davam edəcək. Aprelin 27-də saat 19:20-yə olan məlumata görə, 194 nəfər qeydiyyatdan keçib.
İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Bu halda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra müvafiq səhifədən yükləmək olar.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanı proqramları, habelə imtahanda yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar Mərkəzin internet portalında yerləşdirilib.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1.1 və 28.2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq test imtahanları ödənişli əsaslarla həyata keçirilir. İmtahan vermək üçün ödənişin məbləği Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilib: AB - 118 AZN, AC - 106 AZN, BA - 94 AZN, BB - 82 AZN
Əlavə məlumat üçün DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti ([email protected], [email protected]), elektron imtahanlar və müsahibələrin təşkili departamenti ([email protected]) ilə əlaqə saxlamaq olar.
Xatırladaq ki, test imtahanına qeydiyyat aprelin 5-dən başlanıb.
Tehsil-press.az