UNEC-də 55 fənn üzrə təlim proqramına start verilib

UNEC-də 55 fənn üzrə təlim proqramına start verilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ilinin payız semestrində 55 yeni fənnin tədrisinin keyfiyyətli təşkil olunması məqsədilə texniki və iqtisadiyyat ixtisasları üzrə təlimlər keçirilir.
Tədbirlər Türkiyə Respublikasının Hacettepe, Yıldız Texniki, İstanbul, Mərmərə, Ankara, Qazi universitetlərindən dəvət olunmuş təlimçilər tərəfindən iki ay müddətində 30 saatlıq proqram üzrə davam edəcək.
Aprelin 28-də isə maliyyə uçotu və audit fənləri üzrə təlimlərə başlanacaq. Tədbirlər hibrid formatda keçiriləcək.
Maliyyə uçotu fənni üzrə təlimi Bakı Hesabat Mərkəzinin direktoru, auditor Mehdi Babayev, audit fənni üzrə isə təlimləri “TNM Audit” MMC-nin direktoru Nəcəf Talıbov aparacaq.

Tehsil-press.az


Oxşar xəbərlər