DİM-də gözdən əlil şəxs üçün TOEFL iBT imtahanı təşkil olunub

DİM-də gözdən əlil şəxs üçün TOEFL iBT imtahanı təşkil olunub Dövlət İmtahan Mərkəzində (DİM) ilk dəfə olaraq sağlamlıq imkanları məhdud, gözdən əlil bir namizəd üçün kağız daşıyıcılar vasitəsilə TOEFL iBT imtahanı keçirilib.
İmtahanın ilk iki sessiyası mayın 11-də, digər iki sessiyası isə mayın 12-də təşkil olunub. Namizədin rahat şəkildə imtahan verməsi üçün binada ayrıca zal ayrılıb, tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçi təyin edilib.
Xatırladaq ki, TOEFL imtahanının əsas təşkilatçısı ETS (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatı da əlilliyi olan və ya sağlamlıqla bağlı xüsusi ehtiyacları olan iştirakçılara müvafiq şərait yaratmaqla xidmət göstərilməsinə dəstək verir.
Növbəti TOEFL iBT imtahanı mayın 14-də keçiriləcək. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər