Azərbaycan Dövlət İqtisad Universitetində Litva şairi və dramaturqunun adına auditoriya açılıb

Azərbaycan Dövlət İqtisad Universitetində Litva şairi və dramaturqunun adına auditoriya açılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Litva şairi, yazıçı və dramaturqu Vincas Kreve-Mickevicisun adına auditoriya açılıb.
Açılış mərasimində Litva Respublikasının birinci xanımı Diana Nausediene iştirak edib.
Qonağa UNEC-in Ekstern Mərkəzi, “Bloomberg” Maliyyə Laboratoriyası haqqında məlumat verilib.
Diana Nausediene universitetdə şəhidlərin memorial-xatirə kompleksini ziyarət edib.
Auditoriyanın açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Litvanın birinci xanımı Diana Nausediene və mədəniyyət naziri Anar Kərimov çıxış ediblər. Bildirilib ki, Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarından biri, eyni zamanda, görkəmli ədəbiyyatşünas alim, ictimai-siyasi və mədəni xadim Vincas Krevenin həyat və yaradıcılığının on bir ilə yaxın dövrü Azərbaycanla sıx bağlı olub. O, Azərbaycan-Litva dövlətlərarası münasibətlərinin formalaşmasında mühüm rol oynayıb.

Tehsil-press.az


Oxşar xəbərlər