UNEC: “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsi davam edir

UNEC: “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsi davam edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinin 10-cu araşdırmasını təqdim edir.
Layihə çərçivəsində bu dəfə Litva Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada dahi şairin irsinə dair 1 audio, 1 əlyazma, 1 not yazısı, 12 çap materialı olmaqla ümumilikdə 15 biblioqrafik yazının mövcudluğu müəyyən edilib.
Kitabxanada dahi şairin yaradıcılığına dair kitablar Bakı, Moskva, Kiyev, Leninqrad (Sankt-Peterburq), Vilnüs, Kaunas, Klaypeda şəhərlərində Azərbaycan, rus, Ukrayna, Litva və ingilis dillərində çapdan çıxmış nəşrlərdir.
Araşdırma zamanı məlum olub ki, Litva Milli Kitabxanasında Nizami irsinə dair mühafizə olunan ilk nəşr 1935-ci ildə Leninqrad şəhərində rus dilində çap edilmiş “Xosrov və Şirin” poemasıdır. Kitabxanada Nizami Gəncəvi irsinə aid son nəşr isə 2013-cü ildə Bakıda çap olunan “Leyli və Məcnun” poemasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər