Türkiyə ilə Gürcüstan arasında diplomatik münasibətlərin yaranmasının 30 ili tamam olur.
Gürcüstan Xarici İşlər Nazirliyi bununla əlaqədar məlumat yayıb. Məlumatda Türkiyə ilə Gürcüstan arasında əlaqələrin tarixi, eləcə də müstəqillik dövründə yaranmış diplomatik münasibətlərə nəzər salınıb. Eyni zamanda, ikitərəfli münasibətlərin, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli münasibətlərin inkişaf perspektivləri barədə məlumat verilib.
Bildirilib ki, 2012-ci ildə xarici işlər nazirləri tərəfindən yaradılmış Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatı (Trabzon deklarasiyası) çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində mühüm siyasi əhəmiyyət kəsb edən işlək mexanizmdir.
Bu mexanizmə prezidentlər, parlamentlər, müdafiə nazirləri və digər qurumlar səviyyəsində əməkdaşlıq formatları da daxildir.
Nazirliyin məlumatında regional enerji və nəqliyyat layihələrinin əhəmiyyəti də qeyd olunub. Bildirilib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi regional enerji layihələri böyük əhəmiyyət kəsb edir. Eləcə də TANAP, TAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin tam həyata keçirilməsi üçün əməkdaşlıq davam edir.
Tehsil-press.az