Gürcüstan Texniki Universitetinin (GTU) Nəqliyyat və maşınqayırma kafedrasının professoru Cəmil Qasımov AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyevlə görüşüb.
Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizində hərəkətin təhlükəsizliyi üzrə birgə aparıla biləcək layihələr, eləcə də iki müəssisə arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı bildirilib ki, C.Qasımov Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində bilavasitə iştirak edib və koordinator vəzifəsində çalışıb.
Sonda C.Qasımov İSİ-nin həyata keçirdiyi layihələrlə tanış olub.
Tehsil-press.az