Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadasının final mərhələsinin ilk turu keçirilib.
Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 20 komanda (Bakı şəhəri 288, 315, 326, 26, 95, 276, 313, 117, 94, 136, 158, 252, 299, 200, 202, 229 nömrəli tam orta məktəblərin, 291 nömrəli Ekologiya liseyinin, 160 nömrəli Klassik Gimnaziyanın, 147 nömrəli Texniki-Humanitar Liseyin və 220 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət komandaları) final mərhələsində iştirak edib.
VIII, IX, X sinif şagirdləri arasında keçiriləcək olimpiadanın final mərhələsinin ilk turu 20 nömrəli məktəb-liseydə təşkil olunub.
Olimpiadanın final mərhələsinin ilk turunda şagirdlər 3 saat ərzində hər fənn üzrə beş qapalı və bir açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) cavablandırıblar.
Mayın 25-də Bakı Ali Neft Məktəbində keçiriləcək final mərhələsinin II turunda isə məktəblilər 3 saat ərzində hər fənn üzrə bir təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirəcəklər.
Final mərhələsində hər bir qapalı tipli tapşırıq iki bal olmaqla ümumilikdə 30 balla, açıq tipli tapşırıqlar da 30 balla qiymətləndiriləcək. Təcrübə işinin qiymətləndirilməsi isə ümumilikdə 40 ballıq sistemlə aparılır. Ən çox bal toplayan ilk üç komanda qalib hesab olunacaq.
Qaliblər Təşkilat komitəsi tərəfindən təyin olunmuş mütəxəssislərdən ibarət Ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək. Onlara BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.
Tehsil-press.az