Kimya, biologiya və informatika fənləri üzrə fənn olimpiadalarının final turu keçirilib

Kimya, biologiya və informatika fənləri üzrə fənn olimpiadalarının final turu keçirilib Kimya, biologiya və informatika fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.
Fizika, riyaziyyat və informatika təmayüllü liseydə kimya və biologiya fənləri üzrə, ADA Universitetində isə informatika fənni üzrə final turu baş tutub.
Final turunda müvafiq olaraq kimya fənni üzrə 75, biologiya fənni üzrə 73, informatika fənni üzrə isə 77 şagird iştirak edib.
İnformatika fənni üzrə final turunda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın şagirdlərə sağlam rəqabət prinsipləri əsasında bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratdığını xatırladıb və iştirakçılara uğurlar arzulayıb.
Respublika fənn olimpiadalarının final turunun nəticələri yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesindən sonra elan olunacaq.
Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər