Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” kursu üzrə proqramlar və dərslik layihələrinin yekun qiymətləndirilməsi məqsədilə İstanbulda geniş tərkibdə müzakirə təşkil edilib.
Üçgünlük seminarda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan adıçəkilən fənlər üzrə ekspertlər, o cümlədən Təhsil nazirliklərinin nümayəndələri, Beynəlxalq Türk Akademiyasının, Türk Dövlətləri Təşkilatının təmsilçiləri iştirak edib.
Mütəxəssislər tərəfindən proqramlar və dərsliklər üzərində işlər aparılıb, layihənin daha keyfiyyətli olması, şagirdlərdə geniş təsəvvür formalaşdırılması, dərsliklərin ideyasının şagirdlərə düzgün çatdırılması, türkdilli dövlətlərdə təhsil alan şagirdlərin zəngin tarixini bilməsi və onların fikir baxımından yaxınlaşması müzakirə olunub. Müzakirələrin sonunda layihəyə dair ortaq qərarlar qəbul edilib.
Tehsil-press.az