ADU-da tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlər üçün təlim təşkil edilib

ADU-da tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlər üçün təlim təşkil edilib Azərbaycan Dillər Universitetinin (ADU) koordinatorluğu ilə “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlərin beynəlxalq akademik mübadilə” layihəsi çərçivəsində növbəti akademik təlim keçirilib.
Türkiyənin Atılım Universitetinin Tərcümə və mütərcimlik şöbəsinin rəhbəri Berrin Aksoy “Ardıcıl tərcümə” və “Sinxron tərcümə” mövzularında mülahizələrini, şəxsi və peşəkar təcrübə və metodlarını yerli əməkdaşlarımızla bölüşüb.
Təlimdə tərcüməçi hazırlığı fəaliyyəti ilə məşğul olan və karyerasını bu istiqamətdə inkişaf etdirmək istəyən German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının və Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllim və tərcüməçi heyəti iştirak edib.
Mövzuları hərtərəfli izah edən Berrin Aksoy ADU əməkdaşları ilə qarşılıqlı müzakirələr aparıb, onları maraqlandıran suallara cavab verib.

Tehsil-press.az



Oxşar xəbərlər