ADU-nun əməkdaşları Türkiyənin Atılım Universitetindəki təlimlərdə iştirak edirlər

ADU-nun əməkdaşları Türkiyənin Atılım Universitetindəki təlimlərdə iştirak edirlər Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin müəllimləri Türkiyənin Atılım Universitetində təşkil olunan təlim və dərslərdə iştirak edirlər.
Atılım Universitetinin İncəsənət və elmlər fakültəsinin dekanı professor Ayfer Altay və Tərcümə (ingilis dili üzrə) kafedrasının müdiri professor Berrin Aksoyun da ADU-da seminar keçirməsi planlaşdırılır.
Təlimlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ADU-nun birgə layihəsi olan “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlərin beynəlxalq akademik mübadilə” layihəsi çərçivəsində təşkil olunub. Layihə çərçivəsində ADU əməkdaşlarına Fransanın Strasburq Universiteti, İtaliyanın Milan Tərcüməçilik Məktəbi, İngiltərənin London Metropolitan Universiteti, Amerikanın Koastal Karolina Universiteti və Türkiyənin Atılım Universitetinin əməkdaşları tərəfindən bir sıra təlimlər keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər