“Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlərin beynəlxalq akademik mübadilə” layihəsi çərçivəsində təlimlər

“Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlərin beynəlxalq akademik mübadilə” layihəsi çərçivəsində təlimlər Təhsil Nazirliyi ilə Azərbaycan Dillər Universitetinin (ADU) birgə layihəsi olan “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlərin beynəlxalq akademik mübadilə” (THBAM) layihəsi çərçivəsində növbəti silsilə təlimlər keçirilib.
Fransanın Strasburq Universitetinin əməkdaşı Echkart Hötzel və Türkiyənin Atılım Universitetinin əməkdaşı Ayfer Altayın iştirakı ilə keçirilən təlimlərdə German, roman və tərcümə kafedrasının müəllimləri qarşılıqlı müzakirələr aparıblar.
Təlim ingilis, alman və fransız dillərində keçirilib. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan və iş fəaliyyətlərini gələcəkdə bu istiqamətdə davam etdirmək istəyən təlim iştirakçıları peşəkar məsləhətlərdən faydalanaraq, praktik və nəzəri dərs metodları ilə ətraflı tanış olublar.
Tədbirin sonunda iştirakçılara sertifikat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər