Dillər Universitetində tərcümə dərslərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı beynəlxalq layihə icra olunur

Dillər Universitetində tərcümə dərslərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı beynəlxalq layihə icra olunur Azərbaycan Dillər Universiteti (ADU) və Təhsil Nazirliyinin birgə “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlər üçün beynəlxalq akademik mübadilə” layihəsinə start verilib.
İlk təlim universitetin Bakı Amerika Mərkəzində Coastal Carolina Universitetinin dosenti Anna Oldfieldin iştirakı ilə “Mədəniyyətə köklənmiş tərcümə” mövzusunda olub.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva layihənin mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, təlimin məqsədi tərcüməçi hazırlığı ilə məşğul olan professor və müəllim heyətinin peşəkarlığının təkmilləşdirilməsi, tərcümə dərslərinin keyfiyyətinin yüksəldilməsi və nəticədə tərcümə ixtisası üzrə təhsil alan tələbələrin səviyyəsinin artırılmasıdır.
Təlimdə ADU-nun tədris məsələləri üzrə prorektoru professor Sevinc Zeynalova və tərcüməçi hazırlığı ilə məşğul olan müəllimləri iştirak ediblər.
Ötən ilin dekabrından başlanan təlimlər silsilə şəklində oktyabr ayına qədər davam edəcək.

Tehsil-press.az




Oxşar xəbərlər