Zelenski: “Biz Rusiyanın silahlarını yerə qoymağa məcbur qalacağı nöqtəyə yaxınlaşırıq”

Zelenski: “Biz Rusiyanın silahlarını yerə qoymağa məcbur qalacağı nöqtəyə yaxınlaşırıq” Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi Rusiyanın silahı yerə qoyaraq, diplomatiyaya keçməli olacağı nöqtəyə yaxınlaşır.
Bu barədə o, videomüraciətində bildirib.
“Xerson vilayəti uğrunda mübarizə davam edir. Addım-addım torpağımızı işğaldan azad edirik və tədricən Rusiyanın silahlarını yerə qoymalı, bütün ölülərini saymalı və diplomatiyaya keçməyə məcbur qalacağı nöqtəyə yaxınlaşırıq”, - deyə dövlət başçısı qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər