Zelenski Ukrayna xalqına müraciət edib - VİDEO

Zelenski Ukrayna xalqına müraciət edib - VİDEO Ukrayna prezidenti Volodimir Zelenski “DXR” və “LXR”in “müstəqilliyi”nin Rusiya tərəfindən tanımasından sonra xalqa müraciət edib.
Zelenski ölkəsinin ərazi bütövlüyü və suverenliyinin pozulduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, bu tanınma ilə Rusiyanın Minsk razılaşması və Normandiya formatından çıxdığını göstərir və münaqişənin sülh yolu ilə həllinə mane olur.
Bununla belə, dövlət başçısı çıxışına nikbin notlarla yekun vurub: “Yuxusuz gecə üçün səbəb yoxdur”, deyə Zelenski vurğulayıb.



Tehsil-press.az


Oxşar xəbərlər