İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 800-dən çox namizəd qeydiyyatdan keçib

İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 800-dən çox namizəd qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydıyyat davam edir.
İmtahanda iştirak etmək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:05-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 850 (BA - 225, BB - 625) namizəd qeydiyyatdan keçib.

Tehsil-press.az


Oxşar xəbərlər